Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcəkbackend

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada ümumi (parlament) seçkilərinin tarixi iyulun 4-nə təyin edilib.

Editor.az bildirir ki, bunu Britaniyanın baş naziri Rişi Sunak hökumətin iclasının yekunları üzrə deyib: “İndi Britaniyanın gələcəyimizi seçmək vaxtıdır – əldə etdiyimiz tərəqqi üzərində qurmaq istəyirik, yoxsa plansız, aydınlıq olmadan özümüzü yenidən tapmaq riski ilə bağlı qərar vermək.

Mən bu gün səhər saatlarında Əlahəzrət Kralla söhbətdə parlamentin buraxılmasını xahiş etdim. Kral bu tələbi yerinə yetirdi və biz iyulun 4-də ümumi seçki keçirəcəyik” – Sunak deyib. Böyük Britaniyada keçirilən ümumi seçkilərdə Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasının yeni tərkibi formalaşır. Seçkilər birmandatlı 650 seçki dairəsinin hamısında keçirilir. Hər bir seçki dairəsində həmin dairədən deputatlığa namizədlər üçün səsvermə keçirilir.

2022-ci il Britaniya Parlamenti Aktına əsasən, o, baş nazirin təklifi ilə monarx tərəfindən buraxıla bilər və ya ümumi parlament seçkilərindən sonra ilk iclasının keçirildiyi tarixdən beş il sonra avtomatik olaraq buraxıla bilər. Yeni ümumi seçkilər ləğv edildikdən 25 iş günü sonra keçirilir. Beləliklə, növbəti parlament seçkiləri 2025-ci il yanvarın 28-dən gec olmayaraq keçirilməli idi.

//Samir Qurbanov, Editor.az