Böyük Britaniyadan çıxmayan iş: İsraillə İranı barışdırmaq istəyirbackend

Böyük Britaniyadan çıxmayan iş: İsraillə İranı barışdırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya diplomatiyasının rəhbəri David Lammy israilli həmkarı İsrail Katz və iranlı həmkarı Abbas Araqçi ilə qapalı danışıqlardan bəhs edib.

Lammy Yaxın Şərq münaqişəsindəki gərginliyi azaltmaq üçün onlarla əlaqə saxlayıb. Buna ehtiyac İsrailin İrana hava hücumundan sonra yaranıb. “Bu gün mən İsrailin xarici işlər naziri İsrael Katz və İranın xarici işlər naziri Əraqçi ilə mühüm danışıqlar apardım. Böyük Britaniya gərginliyin azaldılması, Livan və Qəzzada münaqişələrin dayandırılması üçün səylərini davam etdirir”, – David Lammy deyib.

Britaniyalı nazir vurğulayıb ki, Londonun nöqteyi-nəzərindən Yaxın Şərqdə genişmiqyaslı müharibənin heç bir faydası yoxdur və yalnız fəlakətli nəticələrlə başa çata bilər.
Yada salaq ki, şənbə günü, oktyabrın 26-na keçən gecə İİİ İrana reyd keçirib və İİKK-nın hərbi obyektlərini bombalayıb. Dörd iranlı hərbçinin öldüyü məlumdur.

//Samir Qurbanov, Editor.az