Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra İsveç və Finlandiyanın NATO-ya üzv olması gündəmə gəlib.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss açıqlama verib.
“Finlandiya və İsveç NATO-ya üzvlük məsələsi ilə bağlı qərar verməkdə azaddırlar. Rusiyanın təhdidləri yalnız birliyi gücləndirir. Rəsmi Kremlin Şimali və Baltikyanı ölkələrə qarşı təhdidləri yeni deyil. Bu iki ölkə hansı qərarı verəcəksə, İngiltərə onu dəstəkləyəcək”,- deyə Truss bildirib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, İsveç və Finlandiya NATO-ya üzv olmağa cəhd edərlərsə, lazımi tədbirlər görüləcək.
//Editor.az

