Böyük Britaniyanın ballistik raket sınağı uğursuz olubbackend

Böyük Britaniyanın ballistik raket sınağı uğursuz olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Hərbi Dəniz Qüvvələri yanvarın 30-da HMS “Vanguard” nüvə sualtı qayığından Trident II D5 ballistik raketinin uğursuz sınaq buraxılışını həyata keçirib.

Editor.az “The Sun” qəzetinə istinadən bildirir ki, buraxılışdan sonra raket kursdan çıxıb və Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın olduğu sualtı qayığın yanına düşüb. Təlim missiyası Florida sahillərində Atlantik okeanında baş tutub.

Trident II D5-in Braziliya və Qərbi Afrika arasında Atlantik okeanının mərkəzində müəyyən bir hədəfi vurmaq üçün 6 min km uçacağı güman edilirdi. “The Sun” yazır ki, HMS Vanguard gəmisində Hərbi Dəniz Qüvvələrinin rəhbəri admiral Ben Key də olub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Nəşrin verdiyi məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi yanvarın 30-da keçirilən təlim zamanı “anomaliyanın baş verdiyini” bildirib.

“Sınaq Böyük Britaniyanın nüvə qarşısının alınmasının effektivliyini təsdiqləyib və buna tam əminik. Test zamanı anomaliya baş verdi. Milli təhlükəsizlik səbəbi ilə bu mövzu ilə bağlı əlavə məlumat verə bilmərik”, – Müdafiə Nazirliyi bildirib. Qeyd edək ki, buraxılış bu yaxınlarda təmir olunmuş HMS “Vanguard” sualtı qayığından həyata keçirilib.

//Samir Qurbanov, Editor.az