Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə ediləcək yeni yardımı açıqlayacaqbackend

Böyük Britaniyanın baş naziri G7 sammitində Kiyevə ediləcək yeni yardımı açıqlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak İtaliyada keçiriləcək G7 sammiti zamanı Ukraynaya 242 milyon funt sterlinq (286,4 milyon avro) ayrılması qərarını açıqlayacaq.

Editor.az xəbər verir ki, bu barədə Britaniya hökuməti bildirib. Qeyd olunub ki, bu vəsait Londonun təcili olaraq qiymətləndirdiyi Ukraynanın humanitar, enerji və sabitlik ehtiyacları üçün istifadə olunacaq. Britaniya hökuməti də bunun “uzunmüddətli iqtisadi və sosial dirçəlişi” dəstəkləyəcəyinə inanır.

Qeyd edək ki, iyunun 12-də G7 ölkələrinin Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə edərək 2024-cü ilin sonuna qədər Ukraynaya 50 milyard dollar ayırmağa razılaşdıqları bildirilib.

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan G7-nin Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya çıxarılması ilə bağlı xüsusi razılaşmalar hazırladığını və “yaxşı irəliləyişin” əldə edildiyini bildirmişdi. Onun sözlərinə görə, Vaşinqton G7 liderlərinin birgə bəyannaməsində konkret plan təqdim etməyi planlaşdırır.

//Gülnarə Abasova, Editor.az