Böyük Britaniyanın baş naziri İran prezidentindən İsrailə hücum etməməyi istədibackend

Böyük Britaniyanın baş naziri İran prezidentindən İsrailə hücum etməməyi istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Key Starmer İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.

Britaniya baş nazirinin ofisindən verilən məlumata görə, onlar Yaxın Şərqdə davam edən münaqişəni müzakirə ediblər. Starmer İran prezidentini İsrailə hücum etməkdən çəkinməyə çağırıb və gərginliyin hər iki tərəfə fayda verməyəcəyini vurğulayıb.

Britaniya hökumətinin saytında dərc olunan press-relizdə bildirilir ki, Keir Starmer dərhal atəşkəsə, bütün girovların azad edilməsinə və Qəzza zolağına humanitar yardımın artırılmasına sadiq olduğunu vurğulayıb. O əlavə edib ki, bu nəticələrə nail olmaq üçün əsas diqqəti danışıqlara yönəltmək lazımdır. Bundan əlavə, Keir Starmer Məsud Pezeşkianla söhbəti zamanı İranda saxlanılan xarici vətəndaşlar mövzusunu qaldıraraq, onların tibbi xidmətə çıxışının təmin edilməsinin zəruriliyinə işarə edib.

“Liderlər Böyük Britaniya və İran arasında konstruktiv dialoqun hər iki ölkənin maraqlarına uyğun olduğu barədə razılığa gəliblər”, – ofisdən bildirilib. Press-relizdə Britaniyanın baş naziri qeyd edib ki, İran “sabitliyi pozan hərəkətlərindən” əl çəkməsə, London və Tehran arasında münasibətlər inkişaf etməyəcək.

//Samir Qurbanov, Editor.az