Böyük Britaniyanın baş naziri Qəzza zolağında çoxlu sayda mülki vətəndaşın öldüyünü bildiribbackend

Böyük Britaniyanın baş naziri Qəzza zolağında çoxlu sayda mülki vətəndaşın öldüyünü bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında çoxlu mülki ölüm var.

Editor.az xəbər verir ki, bunu Fələstin-İsrail münaqişəsinin “bir gün daha” davam etməsini istədiyini bildirən Böyük Britaniyanın baş naziri Rişi Sunak
Şotlandiya mətbuatına deyib.

“İsrailin, əlbəttə ki, HƏMAS-ın törətdiyi dəhşətli terror aktından özünü müdafiə etmək hüququ var, lakin bunu humanitar qanunlara uyğun olaraq etməlidir… Aydındır ki, çoxlu mülki insan həlak olub və heç kim bu münaqişənin lazım olduğundan bir gün daha uzun sürməsini istəmir”, – deyə Sunak bildirib.

Bundan əvvəl Böyük Britaniyanın Yaxın Şərq məsələləri üzrə naziri Tariq Əhməd demişdi ki, İsrail beynəlxalq humanitar hüquqlara əməl etməlidir.

//Gülnarə Abasova, Editor.az