Böyük Britaniyanın baş naziri Keir Starmer bazar ertəsi, fevralın 3-də Brüsselə səfəri zamanı Rusiya enerji şirkətlərinə qarşı sərt sanksiyaları müzakirə edəcək.
“Mən enerji gəlirlərinə və raket zavodlarını təchiz edən şirkətlərə təzyiqi davam etdirmək üçün avropalı tərəfdaşlarımızla işləmək üçün buradayam”.
Qeyd edək ki, fevralın 3-də Brüsseldə qeyri-rəsmi sammitin keçirilməsi planlaşdırılır. Orada müdafiə məsələləri müzakirə olunacaq. Bundan əlavə, sammitdə ABŞ-la münasibətlər geosiyasi kontekstdə müzakirə olunacaq. 2022-ci il fevralın 24-dən Böyük Britaniya 1,9 mindən çox fiziki və hüquqi şəxsin, o cümlədən Rusiyanın enerji resurslarının daşındığı 100-dən çox gəminin əleyhinə sanksiyalar tətbiq edib.
//Samir Qurbanov, Editor.az