İngiltərə, Şotlandiya və Uelsdə dəmiryol işçiləri son 30 ilin ən böyük tətilinə çıxacaqlar. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, tətil sabahdan başlayacaq. Tətilə 40 mindən çox işçi qoşulacaq.
Tətil edən işçilər ixtisarların qarşısının alınmasını, maaşların orta səviyyədə artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını istəyir. Dəmir yolu şirkətləri ilə həmkarlar ittifaqları arasında danışıqlar olacaq. Əgər danışıqlar arzuolunan nəticəsini verməsə, tətillər daha da intensivləşəcək.
Bundan əlavə şəhər rəhbərliyi tətillərlə əlaqədar şəhərlərdə nəqliyyatın hərəkətinin intensiv olacağını bildirib.
Qeyd edək ki, tətillərin üç ildən bir keçirilən tələbələrin “Glastonbury” festivalına mənfi təsir edəcəyi gözlənilir.
//Nəzərbəy, Editor.az

