Böyük Britaniyanın məqsədi Rusiyanı dünya nüvə bazarlarından sıxışdırıb çıxarmaqdırbackend

Böyük Britaniyanın məqsədi Rusiyanı dünya nüvə bazarlarından sıxışdırıb çıxarmaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Energetika Nazirliyi yüksək dərəcəli aşağı zənginləşdirilmiş uran yanacağının (HALEU) istehsalı üzrə proqramın yaradıldığını elan edib.

Editor.az bildirir ki, bu barəə Böyük Britaniyanın enerji təhlükəsizliyi üzrə dövlət katibi Kler Koutinyo məlumat verib. Layihənin məqsədi Rusiya tədarükündən asılılığı azaltmaq və Rusiyanı dünya bazarlarından sıxışdırıb çıxarmaqdır. “Böyük Britaniya dünyaya ilk işləyən atom elektrik stansiyasını verib və indi biz Avropada Rusiyadan kənarda müasir nüvə yanacağı istehsal edən ilk ölkə olacağıq”, – deyə xanım Koutinyo deyib.

Onun sözlərinə görə, bu addım ölkənin enerji təhlükəsizliyi üçün həlledici olacaq. Hökumət HALEU istehsal proqramına 300 milyon funt sterlinq (380 milyon dollar) sərmayə qoyur və ilk zavodun 2030-cu illərin əvvəllərində açılması planlaşdırılır. 2050-ci ilə qədər Böyük Britaniya 24 giqavat təmiz nüvə enerjisi istehsal etməyi və bununla da ölkənin elektrik enerjisinin 25%-ni təmin etməyi planlaşdırır.

Kler Koutinyo qeyd edib ki, HALEU-nun əsas xüsusiyyətlərindən biri atom elektrik stansiyalarında daha yığcam modul reaktorlarda istifadə oluna bilməsidir. Bu, atom elektrik stansiyalarının tikintisi prosesini asanlaşdırır və ucuzlaşdırır. Bu gün bu yanacaq növü yalnız Rusiya və ABŞ-da istehsal olunur, lakin istehsal gücü aşağı olduğundan Amerika tərəfi onu ixrac etmir.

//Samir Qurbanov, Editor.az