Böyük Britaniyanın müdafiə naziri: ABŞ-da seçkilərin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləməkdə davam edəcəyikbackend

Böyük Britaniyanın müdafiə naziri: ABŞ-da seçkilərin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləməkdə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London ABŞ-da seçkilərinin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləməkdə davam edəcək. Editor.az bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps BBC-nin efirində deyib.

“Biz Respublikaçıların praymerizində nə baş verdiyini görənə qədər bir müddət keçəcək, lakin biz Ukraynadakı dostlarımızla çiyin-çiyinə durmağa davam edəcəyik.

Mən səmimi qəlbdən inanıram ki, Ukrayna prezidenti Zelenskinin dediyi kimi, əslində amerikalılar Ukraynanın demokratik dövlət olaraq qalması bütün dünyanın maraqlarına uyğun olduğuna inanırlar”, – deyə Şapps bildirib.

Müdafiə Nazirliyinin rəhbəri Böyük Britaniyanın Ukraynanı sursatla təmin etməkdə davam etdiyini, həmçinin Londonun “F-16”ları idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək niyyətində olduğunu xatırladıb. Şapps əlavə edib ki, 2023-cü ilin sonuna qədər 30 min ukraynalı hərbçi təlim keçəcək.

//Samir Qurbanov, Editor.az