Böyük Britaniyanın müdafiə naziri istefa verəcəkbackend

Böyük Britaniyanın müdafiə naziri istefa verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps ölkədə keçirilən parlament seçkiləri zamanı parlamentdəki yerini itirib.

Editor.az bu barədə “Sky News”a istinadla xəbər verir. Tori Şapps öz dairəsində 16 min səs toplayıb, lakin Şappsın rəqibi, leyboristlərdən olan deputat Endryu Levin, demək olar ki, 20,000 səslə qalib gəlib.

Bundan əvvəl Keir Starmerin Britaniya parlamenti seçkilərində Leyboristlər Partiyası ilə qalib gəldiyi məlum idi. Ölkənin üç ən böyük televiziya kanalının exit-pollları Britaniyada keçirilən parlament seçkilərində Key Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyasının böyük qələbə qazandığını göstərib. Yeganə qeyri-rəsmi exit-poll nəticələri göstərir ki, Leyboristlər Britaniya parlamentində 410-a qədər səs alacaq və ona rahat səs çoxluğu verəcək. Hakim Mühafizəkarlar Partiyası hazırda parlamentdə cəmi 131 yer qazanacağını gözləyir ki, bu da onun mövqeyinin kəskin və ciddi şəkildə pisləşdiyini göstərir.

//Gülnarə Abasova, Editor.az