Böyük Britaniyanın müdafiə naziri: Rusiya məyusdur, lakin təslim olmaq niyyətində deyilbackend

Böyük Britaniyanın müdafiə naziri: Rusiya məyusdur, lakin təslim olmaq niyyətində deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Rusiya Federasiyası Xersonu itirməsinə baxmayaraq, Ukraynaya qarşı müharibədə təslim olmaq niyyətində deyil.

Editor.az bildirir ki, bu barədə “Sky News”un məlumat verib. Nazir Rusiyanın Xersonun itirilməsindən “narahat və məyus” olacağını proqnozlaşdırır. “Xerson bir çox əsas hədəflərdən biri idi. Lakin Rusiya uğursuzluğa düçar oldu və Ukrayna onu geri aldı. Bu hadisə əslində Rusiya əhalisinə bir sualdır: bütün bunlar nə üçün idi? Amma bu, həm də Ukraynanın malik olduğu qabiliyyətlərini nümayiş etdirdi”, – Uolles bildirib.

Eyni zamanda o qeyd edib ki, “Rusiya hələ də təslim olmaq fikrindən uzaqdır”. Onun fikrincə, Moskvanı qiymətləndirməmək olmaq. “Rusiyanı heç vaxt aşağılamayın. Tarix sizə xatırladacaq ki, Rusiya hətta özününkilərinə qarşı qəddar ola bilər. Əgər onlara daha çox “top yemi” lazım olarsa, onlar bunu edəcəklər”, – müdafiə naziri qeyd edib.

  Samir Qurbanov,Editor.az