Böyük Britaniyanın müdafiə sənayesi hərbi rejimə keçirbackend

Böyük Britaniyanın müdafiə sənayesi hərbi rejimə keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Böyük Britaniya müdafiə sənayesini hərbi rejimə keçirəcək. Onun sözlərinə görə, 2030-cu ilə qədər Böyük Britaniya hər il ÜDM-in 2,5%-ni və ya ən azı 87 milyard funt-sterlinq xərcləyəcək.

“Britaniya Soyuq Müharibədən bəri ən təhlükəli olan dünyada sakit qala bilməz. Biz Britaniya müdafiə sənayesini müharibə rejiminə keçirəcəyik”.

Editor.az bildirir ki, bu sözləri Rişi Sunak Polşaya səfəri zamanı NATO rəhbəri Yens Stoltenberqlə 1-ci Varşava Zirehli Briqadasının qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Baş nazirin sözlərinə görə, Ukraynaya 622 milyon dollar yardıma 400 ədəd texnika, 400 milyon patron, hava hücumundan müdafiə sistemləri və “Storm Shadow” raketləri daxildir. Rişi Sunak həmçinin əmin edib ki, gələcəkdə Ukraynaya ehtiyacı olduğu müddətdə minimum indiki səviyyədə hərbi dəstək veriləcək.

O, həmçinin xatırladıb ki, Britaniya 2014-cü ildə Donbassda hərbi əməliyyatlarda iştirak etmək üçün Ukrayna silahlı qüvvələrinə təlim keçməyə başlayan ilk NATO ölkələrindən biridir.

Avropa Komissiyasının məlumatına görə, 2022-ci ildə Ukraynada Rusiya hərbi əməliyyatları başlayandan bəri Aİ ölkələrinin müdafiə büdcələri 20% artıb: keçən il Aİ ölkələri ÜDM-in orta hesabla 1,7%-ni müdafiəyə xərcləyib. Bu ay Aİ-nin Avropa diplomatiyasının rəhbəri Josep Borrell hərbi xərclərin ÜDM-in 2%-dən çoxuna qədər artırılmasının zəruri olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az