Böyük Britaniyanın xarici işlər naziri böyük yardım paketi ilə Kiyevə gəlibbackend

Böyük Britaniyanın xarici işlər naziri böyük yardım paketi ilə Kiyevə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın xarici işlər naziri ilk dəfə Kiyevə səfər edib və Ukrayna rəhbərliyi ilə görüşüb.

O, əmin edib ki, London Rusiya təcavüzünə qarşı mübarizədə qələbəyə qədər Ukraynanı dəstəkləyəcək. Xarici işlər naziri həmçinin avadanlıq və pul vəsaitinin daxil olduğu yeni yardım paketini açıqlayıb.

Editor.az bildirir ki, bu barədə BBC xəbər yayıb. Xəbərə görə, Kleverli Britaniyanın Ukrayna ilə “yan-yana” olduğunu, Rusiyanın müharibəsinin isə “uğursuzluğ”a düçar olduğunu bildirib. Nazirin sözlərinə görə, qışın gəlişi ilə təcavüzkar “mülki əhaliyə, xəstəxanalara və enerji infrastrukturuna qarşı amansız hücumları ilə Ukraynanın qətiyyətini qırmağa” çalışır. Xarici işlər naziri Britaniyadan yeni yardım paketini də açıqlayıb. Buraya 24 təcili yardım maşını, o cümlədən onların 6 zirehli variantı daxildir.

London Ukraynanın infrastrukturunun bərpası üçün üç milyon funt sterlinq ayıracaq. Bura müharibə başlayandan sonra dağıdılmış məktəblər və uşaq evləri daxildir. Daha beş milyon funt-sterlinq Qara Dəniz Taxıl Təşəbbüsünü dəstəkləmək üçün istifadə olunacaq. Bu vəsait dünyanın ən yoxsul ölkələrinin taxıl alması üçün istifadə olunacaq. Pulun ayrıca bir hissəsi işğalçılar tərəfindən cinsi zorakılığa məruz qalanlara kömək olaraq ayrılacaq. “Bizim dəstəyimiz bu gözəl ölkənin bərpası nə qədər tələb olunarsa, o qədər də davam edəcək”- Kleverli deyib.

  //Samir Qurbanov,Editor.az