Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bəyanatı təhlükəlidir – Dmitri Peskovbackend

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bəyanatı təhlükəlidir – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun bəyanatını təhlükəli hesab edir.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Kemeron Ukraynanın Rusiya hədəflərinə hücum etmək üçün Britaniya silahlarından istifadə etmək hüququndan danışıb: “Bu, Ukrayna münaqişəsi ətrafında gərginliyin birbaşa artmasıdır və bu, potensial olaraq Avropanın təhlükəsizliyinə, onun təhlükəsizlik arxitekturasına təhlükə yarada bilər”, – Dmitri Peskov mətbuata deyib.

O əlavə edib ki, Kreml şifahi eskalasiya görür, o cümlədən Fransadan. Bir gün əvvəl prezident Emmanuel Makron münaqişə zonasında vəziyyət pisləşərsə və Kiyev bunu tələb edərsə, hərbçilərin Ukrayna ərazisinə göndərilməsini mümkün hesab edib.

Dünən, mayın 2-də “Reuters” Devid Kemeronun şərhi ilə material dərc edib, bundan sonra “bəzi detalları nəzərdən keçirmək üçün” onu geri götürüb. Mətnin yekun variantında Kemeronun Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Londonun verdiyi silahlardan istifadə edə biləcəyi barədə sözlərindən sitat gətirilir. Yanvarda Böyük Britaniya 2024 və 2025-ci illərdə Ukraynaya 3 milyard dollardan çox hərbi yardım göstərəcəyini açıqlamışdı. İngiltərə Baş naziri Rişi Sunak yardım paketlərindən birində Londonun 400 avtomobil, 1,6 min silah və 4 milyon patron təhvil verəcəyini bildirib.

//Samir Qurbanov, Editor.az