Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib ki, “Ukrayna xalqı üçün ədalətli və davamlı sülh” əldə edilməlidir.
O, Rusiyanı hərbi əməliyyatları dayandırmağa və nizamlama üçün danışıqlara başlamağa çağırıb: “Əlbəttə ki, hələ çox iş var, amma əsas məsələ odur ki, Rusiya indi Ukraynanı bombalamağı dayandırmaq üçün danışıqlar masasına oturmalıdır”, – xanım Kuper dünən Avropa və Ukrayna xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Qeyd edək ki, noyabr ayında ABŞ Ukraynada hərbi əməliyyatlara son qoymaq planını açıqlayıb. Onun ilkin versiyasına Ukrayna qoşunlarının sayının məhdudlaşdırılması və NATO-ya qoşulmaqdan imtina da daxil olmaqla 28 bənd daxildir. Lakin “Financial Times” dünən bu bəndlərin 19-a endirildiyini bildirib. Yeni versiyada dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müddəalar istisna edilib.
//Samir Qurbanov, Editor.az

