Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Parisdə Ukrayna münaqişəsinə son qoyulması üzrə danışıqlarda iştirak edəcək.
Bu barədə “The Telegraph” öz mənbələrinə istinadən xəbər verir. Bu, Avropa “istəklilər koalisiyası” ilə ABŞ nümayəndələri arasında ilk danışıqlar olacaq. ABŞ tərəfdən prezidentin xüsusi elçisi Stiv Vitkoff və ABŞ dövlət katibi Marko Rubio iştirak edəcək. “Xarici işlər naziri ABŞ-ın xüsusi elçisi Stiv Vitkoff və ABŞ dövlət katibi Marko Rubio ilə görüşmək üçün Fransa paytaxtına gedəcək”, – “The Telegraph” mənbələrə istinadən yazıb.
//Samir Qurbanov, Editor.az