Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri David Lammy Ukraynanın NATO-ya daxil olmasının geridönməz olduğunu bildirib.
Editor.az bu barədə Daily Mail-ə istinadən xəbər verir.
“Biz Ukraynanın Şimali Atlantika Alyansına dönməz yolunu dəstəkləyəcəyik. Ukraynanın Avropa təhlükəsizlik arxitekturasında dəyərli yeri var”,- deyə o bildirib
Lammi xatırladıb ki, London Ukraynaya ən böyük hərbi yardım göstərən ölkələrdən biridir. O, Britaniyanın Ukrayna hərbçilərinə təlim keçdiyini qeyd edib. Xarici işlər naziri onu da vurğulayıb ki, Ukraynaya ilk yardım edən Britaniyadır.
Bundan əvvəl Çexiya prezidenti Petr Pavel Ukraynanın itirilmiş ərazilərini geri ala bilməsə belə, NATO-ya daxil olmasına icazə vermişdi. Avqustun 15-də NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer Şimali Atlantika Alyansına üzv ölkələrin Ukraynanın hərbi bloka qoşulmasını dəstəklədiyini bəyan edib. O, Kiyevə müttəfiqlərdən gələn hər cür yardımın Kiyevin təşkilata qoşulması üçün körpü rolunu oynadığına diqqət çəkib.
//Gülnarə Abasova, Editor.az