Böyük çöküş sürətlənir – Müharibə Rusiya iqtisadiyyatını bitirirbackend

Böyük çöküş sürətlənir – Müharibə Rusiya iqtisadiyyatını bitirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin Ukraynaya genişmiqyaslı hücum fonunda Rusiyanın səhmləri rekord həddə düşüb. Rusiyalı investorlar daxili bazarı müharibənin səbəb olduğu tənəzzüldən xilas edə bilmirlər.

Bu barədə “Blumberq” agentliyi yazır.

Məlumata görə, Rusiya səhmləri qlobal indekslərdən çıxarılıb və ölkənin səhmlərini izləyən birja fondları ya dondurulub, ya da bağlanıb.

“Ukraynaya hücum Rusiya səhmlərinin dəyər itirməsinə səbəb oldu. Təxminən 10 ay sonra sanksiyaların investorların kənara axınına səbəb olmasından və səhmləri dünyanın ən pis göstəricilərinə çevrilməsindən sonra bərpa uzaq perspektiv kimi görünür”, – məqalədə deyilir.

Agentlik qeyd edir ki, əksər əcnəbilərə sahibi olduqları yerli səhmləri satmaq qadağan edilsə də, yerli investorlar daxili bazarı müharibənin yaratdığı tənəzzüldən xilas edə bilmirlər.

Rublla hesablanan Rusiyanın MOEX indeksi 44 faiz azalıb ki, bu da 2008-ci ildən bəri ən kəskin illik azalmadır. “Blumberq” iddia edir ki, müharibə şiddətləndikcə itkilər daha da çox ola bilər.

“Lukoyl” və “Qazprom” enerji şirkətlərinin səhmləri bu il müvafiq olaraq 30-53 faiz ucuzlaşıb. Rusiyanın ən böyük bankı “Sberbank” da 54 faiz dəyər itirib.

“Qərbin sanksiyaları daxili iqtisadiyyata ağır zərbə vurmağa başladığı bir vaxtda Rusiya səhmləri tutqun perspektivi əks etdirir”, – valyuta analitiki Petro Matis agentliyə deyib.

//milli.az