“Böyük Qayıdış” prosesi sürətlə davam edir: hansı işlər görülüb?backend

“Böyük Qayıdış” prosesi sürətlə davam edir: hansı işlər görülüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycanın müstəqillik qazandıqdan sonra ən əsas məsələlərdən biri işğal altında olan torpaqlarımızın azad edilməsidir. İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, gücünü və şücaətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan apardığı Vətən müharibəsi nəticəsində düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli oldu.

Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Beləliklə, “Böyük Qayıdış” prosesi sürətlə davam etdirilir.

Mövzunu Editor.az-a şərh edən Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin sədri, siyasi şərhçi Xəyal Bəşirov bildirib ki, dövlətimizi və cəmiyyətimizi maraqlandıran əsas məqamlardan biri də məhz işğala son qoyduğumuz, ərazilərimizi azad etdiyimiz 2 il ərzində aparılan böyük işlərdir:

“Artıq kommunikasiyaların bərpa edilməsi istiqamətində genişmiqyaslı işlər görülür. “Böyük Qayıdış” proses ermənilər tərəfindən 30 il müddətində yağmalanmış, talan edilmiş və yeraltı, yerüstü sərvətləri məhv edilmiş, kommunikasiyaları darmadağın edilmiş ərazilərdə aparılır.  Ərazilərin bir milyona yaxın minayla zəhərlənməsi də buna daxildir. Görülən işlər dünyada analoqu olmayan həyata keçirilir. Bugünə qədər Azərbaycanın rəsmi mövqeyinə görə həmin ərazilərdəki işlərin hamısını biz öz gücümüzə həyata keçiririk. Dünyanın başqa-başqa bölgələrində bu kimi hallarda ayrı-ayrı təşkilatların, beynəlxalq subyektin mövqeyi tamam başqa formada olur, bu da prosesi sürətləndirir. Ərazilərin dağıdılması ilə iqtisadi və nəqliyyat kommunikasiyaları demək olar ki, yox oldu. Azərbaycanda isə qısa müddətdə yüzlərlə km avtomobil yollarını beynəlxalq standartlara uyğun şəkildə hazırlayıb istifadəyə verildi. Çoxlu sayda tünellər, körpülər tikilir. Azərbaycan artıq iki beynəlxalq hava limanı istifadəyə verilib. Füzuli və Zəngilan hava limanının ardınca üçüncü hava limanı Laçında inşa edilməkdədir. 2024-cü ilə istifadəyə verilməsi planlaşdırılır. Çoxlu sayda su-elektrik stansiyaları, digər dövlət əhəmiyyətli obyektlər tikilir. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə Azərbaycan alternativ enerji mənbələrindən istifadə etmək istəyir”.

Xəyal Bəşirov qeyd edir ki, ərazilərin mürəkkəb coğrafi relyefi, külək enerjisindən istifadə edilməsi ilə bağlı geniş imkanların olduğunu nəzərə alaraq bölgəni yaşıl enerji zonasına çevrilməsinə üstünlük verilir: “Böyük Qayıdış” 2016-cı ilin aprelində Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsindən sonra ilk orada həyata keçirilib. İşğaldan sonra bu proses geniş səviyyədə Zəngilanın Ağalı kəndində baş tutub. Bu proses bugün sürətlə davam edir.  Vətəndaşlarımız üçün təhlükəsiz şərait yaratmaq lazımdır. Buna da ərazilərdə basdırılmış minaların təmizlənməsindən başlanılır. Həmin amil də prosesi ləngidir. Azərbaycanın prezidenti İlham Əliyev tərəfindən proqram imzalandı. “Böyük Qayıdışın” birinci mərhələsi 2022-2026-cı illəri əhatə edir. Həmin proqram çərçivəsində ölkəmizdə koordinasiyalı fəaliyyət göstərilir. Bu dövlətin qəti iradəsi əsasında həyata keçirilən proqramdır. Proqram çərçivəsində vətəndaşlarımız təhlükəsiz şəkildə öz yurd-yuvalarına qayıtması üçün bütün qurumlarımız səfərbər edilir.  Əsas yola çıxmaqdır, biz də yola çıxmışıq. Zaman-zaman vətəndaşların, mətbuatın diqqətinə görülən proseslər barədə məlumat verilir. Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva tez-tez həmin ərazilərə səfərlər edir, görülən işləri yaxından izləyirlər. Bu da ondan xəbər verir ki, ərazilərimizdəki fəaliyyət kor-təbii formada həyata keçirilmir. Hər şey ciddi proqram əsasında reallaşır. Xalq, dövlət və ordu birliyi hələ də mövcuddursa, daha tez müddətdə həmin ərazilərimizə geri dönəcəyik. Hər bir halda vətəndaşlar dövlətimizə inanmalıdır”.
 
Safura Bənnayeva, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.