Böyükşor-Pirşağı avtomobil yolunun təmiri nə zaman yekunlaşacaq?backend

Böyükşor-Pirşağı avtomobil yolunun təmiri nə zaman yekunlaşacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu yol əsasən hava limanı yolu, Zabrat şosesi və digər bir sıra ətraf yolların nəqliyyat yükünü əhəmiyyətli dərəcədə azalda bilər. Yolda hər bir hərəkət zolağının eni 3.5 metr olacaq.

Layihədə həmçinin piyada səkilərinin inşası, yolboyu işıqlandırma sisteminin qurulması və zəruri yerlərdə U dönüşlərinin tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən, Böyükşor gölündən götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

Burada işlərin yaxın aylarda yekunlaşdırılması hədəflənir.

Ətraflı süjetdə: