Brahim Dias: “İbra bizim üçün ata kimidir”backend

Brahim Dias: “İbra bizim üçün ata kimidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya A seriyasında çempionluğu təmin edən “Milan” klubunun ispaniyalı oyunçusu Brahim Dias klubun ən qocaman oyunçusu Zlatan İbrahimoviç haqqında fikirlərini bildirib. Editor.az İspaniyanın “Marca” qəzetinə istinadən xəbər verir ki, Dias İbrahimoviçin onlar üçün fərqli bir dəyərə malik olduğunu deyib.

“İbrahimoviç mənim atamla eyni yaşdadır. Ancaq onun meydanda etdiklərinə baxın. Hələ də meydanda fərqlənməyə davam edir. Onunla oynuyanda yalnız bir fikrimiz olur, o da topu Zlatana ötürmək…O həqiqətən inanılmaz bir oyunçudur. İbrahimoviç üzərində çox işləyir, məşq etməyi çox sevir. Onunla eyni komanda da oynayan bütün oyunçular inkişaf edir”, – deyə Dias bildirib.

Qeyd edək ki, Brahim Dias bu mövsüm “Milan” forması ilə 40 oyuna çıxıb. O, bu oyunlarda 4 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

//Nəzərbəy Hacıağayev, Editor.az