Braziliya millisi və futbol klubları beynəlxalq yarışlarda iştirakdan məhrum edilə bilərbackend

Braziliya millisi və futbol klubları beynəlxalq yarışlarda iştirakdan məhrum edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Futbol Federasiyası (FİFA) Braziliya Futbol Konfederasiyasına (CBF) ölkə millisinin və futbol klublarının beynəlxalq yarışlarda iştirakının mümkün dayandırılması ilə bağlı xəbərdarlıq edib.

Editor.az bildirir ki, CBF təşkilatın yeni prezidentinin təyinatını gözləməsə və yanvarda müstəqil seçkilər keçirsə, məhdudiyyətlər tətbiq olunacaq. Bu barədə Associated Press (AP) məlumt verib.

Nəşrin məlumatına görə, Rio-de-Janeyro məhkəməsi, 2022-ci ilin martında CBF rəhbərinin seçkilərinə mümkün müdaxilə səbəbi ilə dekabrın 7-də konfederasiya prezidenti Ednaldo Rodrigesi istefaya göndərib. FİFA Nizamnaməsi dövlətlərin və üçüncü şəxslərin milli futbol təşkilatlarının fəaliyyətində iştirakını qadağan edir.

Seçkilər keçirilərsə, bütün mübahisələr həll olunana qədər CBF fəaliyyətini dayandıracaq. Yanvarın 8-dək FİFA Braziliya Konfederasiyasının prezidenti məsələsi ilə bağlı xüsusi komissiya yaradacaq.

//Samir Qurbanov, Editor.az