10 gündür xronik hıçqırıqdan əziyyət çəkdikdən sonra bağırsaq pozuntusu şübhəsi ilə xəstəxanaya yerləşdirilən Braziliya prezidenti Jair Bolsonaronun xəstəxanadan ilk görüntüsü yayılıb.
Editor.az xəbər verir ki, bu barədə Prezidentin ofisi məlumat yayıb.

10 gün ərzində hıçqırıqdan əziyyət çəkən Bolsonaronun sağlamlıq vəziyyəti ilə bağlı açıqlamalar verən həkimlər, təcili əməliyyata ehtiyac olmadığını vurğulayıblar.
Dünən paytaxtdakı Silahlı Qüvvələr Xəstəxanasına aparılan 66 yaşlı Bolsonaronun özünü yaxşı hiss etdiyi açıqlanıb.
Bolsonaronun ofisi verdiyi açıqlamada, 2018-ci il prezident seçkiləri zamanı mədəsindən bıçaqlanan Bolsonaronu əməliyyat edən cərrahın onu əlavə müayinədən keçmək məqsədilə Sao Pauloya köçürməyə qərar verdiyini söyləyib.
//Gülnarə Abasova, Editor.az

