Yaponiyanın Xirosima şəhərində keçirilən 49-cu G7 Sammiti dünən başa çatıb. Sammitlə bağlı dəyərləndirmələr aparan Braziliya prezidenti Luiz İnasio Lula da Silva planlaşdırılan görüşə baxmayaraq, Ukrayna lideri Vladimir Zelenski ilə görüşün niyə baş tutmadığını açıqlayıb.
Editor.az “Reuters”ə istinadən bildirir ki, Braziliya lideri Xirosimada keçirilən G7 Sammiti çərçivəsində ukraynalı həmkarı Vladimir Zelenski ilə planlaşdırılan görüşün baş tutmadığının səbəbini Zelenskinin görüşə gecikməsi ilə izah edib.
AFP-nin məlumatına görə, Lula görüşün baş tutmamasından təəssüfləndiyini bildirib. Ukrayna lideri ilə Lulanın təkbətək görüşü Braziliya liderinin ilk proqramına daxil edilməyib. Lakin daha sonra Bloomberg bəzi braziliyalı rəsmilərə istinad edərək, Braziliya nümayəndə heyətinin Lula və Zelenski arasında görüş təşkil etmək üçün təzyiq altında hiss etdiyini bildirib. Lula Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatı pislədiyini, lakin Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalarda iştirak etmədiyini və Kiyevə silah göndərməkdən imtina etdiyini bəyan edib.
//Gülnarə Abasova, Editor.az