Editor.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində məlumat verib.
Prezident bundan əvvəl Zaqallonu bütün dövrlərin ən böyük futbolçularından və məşqçilərindən biri adlandırıb.
Qeyd edək ki, Mario Zaqallo dünən, yanvarın 6-da 92 yaşında vəfat edib. Futbolçu kimi 1958 və 1962 Dünya Kuboklarının qalibi olub. 1970-ci ildə yığmanın baş məşqçisi kimi turnirin qalibi olub. Onun komandasında Pele, Jairzinho, Roberto Rivelino və Tostao kimi oyunçular var idi.
Beləliklə, Zaqallo futbol tarixində həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub. 1994-cü ildə o, daha bir liqa titulunu qazanıb, lakin bu dəfə Karlos Alberto Parreyranın köməkçi məşqçisi olaraq. 1998-ci ildə Zaqallo yenidən milli komandaya rəhbərlik edib, komandası finala çıxıb, lakin bu dəfə Fransaya məğlub olub.
//Samir Qurbanov, Editor.az

