Braziliyada son sutka ərzində daha 51 546 nəfərin koronavirus infeksiyasına yoluxması, 1288 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 765 455 nəfər yoluxub. Bu müddət ərzində 237 489 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 8 678 327 xəstə müalicə olunaraq sağalıb.
//APA

