Braziliyada daşqın nəticəsində ölənlərin sayı 95-ə yüksəlibbackend

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 95-ə yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 95-ə, itkin düşənlərin sayının isə 131-ə yüksəldiyi açıqlanıb.

Editor.az ölkə mətbuatına istinadla xəbər verir ki, bu barədə mətbuat konfransında danışan Rio Grande do Sul qubernatoru Eduardo Leite deyib.

Qubernator əlavə edib ki, 131 nəfər itkin düşüb, 150 min insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb. Rio Grande do Sul əyalətinin 497 əyalətindən 401-i fırtına və daşqınlardan zərər çəkdiyi halda 1,4 milyon insan təbii fəlakətdən mənfi təsirlənib. Açıqlamada silahlı qüvvələrin dəstəklədiyi axtarış-xilasetmə əməliyyatlarında 14 min 500 şəxsi heyətin çalışdığı, 30 təyyarə və 182 qayıqla 25 nəfərin fəlakət bölgələrindən xilas edildiyi bildirilib.

//Gülnarə Abasova, Editor.az