Braziliyada iki nazir koronavirusa yoluxubbackend

Braziliyada iki nazir koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın təhsil naziri Milton Ribeyru və mülki hüquqlar naziri Oniks Lorentsoni yeni növ koronavirusa yoluxublar.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə nazirlər öz “Twitter” səhifələrində bildiriblər.

O.Lorentsoninin sözlərinə görə, o, xəstəliyin simptomlarını cümə axşamı hiss edib və cümə günü koronavirus testindən keçib. Onun testinin nəticəsi müsbət olub.

M.Ribeyru öz növbəsində bildirib ki, onun koronavirus testinin nəticəsi bu səhər bəlli olub: “Mən artıq müalicə alıram və məsafədən işləyəcəyəm”.