Meymunçiçəyi virusu artıq Braziliyada da aşkarlanıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı San-Paulo Səhiyyə İdarəsi verib. Virusa yoluxan 41 yaşlı kişi bu yaxınlarda İspaniyaya və Portuqaliyaya səfər edib. Xəstənin hal-hazırda karantinə alındığı bildirilib. Eyni zamanda xəstə ilə təmasda olan şəxslər də nəzarətdədir.
Qeyd edək ki, şəhərdə bir nəfərdə da virusa yoluxma şübhəsi var.
//Nəzərbəy Hacıağayev, Editor.az

