Braziliyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötübbackend

Braziliyada koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 10 milyon nəfəri ötüb.

Editor.az Trend-ə istinadən bildirir ki, ötən sutka Braziliyada koronavirusa 51 879 yoluxma halı qeydə alınıb, 1 367 nəfər koronavirusdan ölüb.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 10 030 626 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 243 457 nəfəri vəfat edib, 9 milyona yaxın insan isə sağalıb.