Braziliyada ölənlərin sayı 106-a yüksəlibbackend

Braziliyada ölənlərin sayı 106-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brazilyanın Pernambuko ştatında sel və torpaq sürüşməsinin fəsadları günbəgün artır. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, ştat rəsmilərinin verdiyi məlumata görə, artıq ölənlərin sayı 106 nəfərə yüksəlib.

Ştatın rəhbəri Paulo Kamara bildirib ki, ilk öncə əsas hədəfimiz torpaq sürüşməsi nəticəsində itkin düşmüş şəxsləri ölü və ya diri tapmaqdır. O, qeyd edib ki, sonuncu şəxs tapılana qədər axtarış tədbirləri davam edəcək.

Qeyd edək ki, sel və torpaq sürüşməsi nəticəsində 6 min şəxs evsiz qalıb. Ölkənin Fövqaladə Hallar Nazirliyi Pernambuko ştatında növbəti dəfə baş verəcək selin xəbərdarlığını edib.

//Nəzərbəy, Editor.az