Braziliyada polis futbol hakimini oyun zamanı meydanda həbs edibbackend

Braziliyada polis futbol hakimini oyun zamanı meydanda həbs edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya polisi futbol matçını idarə edən hakim Ederson Karlos da Silvanı saxlayıb.

Oxu.Az xəbər verir ki, məlumatı “Globoplay” nəşri dərc edib.

Qeyd olunub ki, həvəskarlar arasında keçirilən oyunu idarə edən 38 yaşlı Ederson Karlos da Silva meydanda oyunçuya sarı vərəqə göstərən zaman polislər tərəfindən saxlanılıb.

Polis referinin qoluna qandal vuraraq onu meydandan uzaqlaşdırıb.

O, narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinir.