Braziliyanın cənub-şərqində tək mühərrikli təyyarə qəzaya uğrayıb.
Editor.az AFP-ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər ölüb. Hadisə yanvarın 28-də Minas-Jerais ştatında baş verib. Təyyarə Kampinasdan San-Pauluya uçurmuş.
Xilasedicilərin sözlərinə görə, təyyarə “səmada parçalanmağa başlayıb” və İtapeva mədən şəhərində qəzaya uğrayıb. “Yanğınsöndürənlər təyyarənin göyərtəsində yeddi ölü tapıblar”, – agentlik xilasetmə xidmətinin bəyanatından sitat gətirir. Qəzanın səbəbi hələlik məlum deyil.
//Samir Qurbanov, Editor.az

