Braziliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 79-a yüksəlibbackend

Braziliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 79-a yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın şimal-şərqində yağan şiddətli yağışlardan sonra şənbə günü torpaq sürüşməsi baş verib. Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, baş verən fəlakət zamanı ölənlərin sayı 79 nəfərə çatıb.

Xilasetmə tədbirləri üçün fəlakətin baş verdiyi əraziyə 1200-ə qədər canlı qüvvə, qayıq və helikopterlər cəlb edilib.

Qeyd edək ki, Braziliya prezidenti Jair Bolsonaro Pernambuko əyalətinin paytaxtı Resifeyə səfər edəcəyini bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az