Braziliyanın cənubu su altında: ölənlərin sayı 100-ə yaxınlaşdıbackend

Braziliyanın cənubu su altında: ölənlərin sayı 100-ə yaxınlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın cənub əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 95-ə çatıb, 372 nəfər yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə Rio Grande do Sul əyalətinin qubernatoru Eduardo Leite bildirib. 159 min yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb, ən azı 131 nəfər itkin düşmüş hesab olunur: “95 ölüm… Rəqəmlər artır, lakin təəssüf ki, biz hələ də onların yüksək dərəcədə qeyri-dəqiqliyə malik olduğunu proqnozlaşdırırıq, çünki biz hələ də fövqəladə vəziyyətlə üzləşirik” – deyə Leite mətbuat konfransı zamanı deyib.

Xatırladaq ki, aprelin sonunda Braziliyanın Uruqvayla sərhədində yerləşən ən cənub əyaləti 1941-ci ildən bəri ən güclü yağışa məruz qalıb. Yağışlar səbəbindən Rio das Antas çayında bənd dağılıb, yaxınlıqdakı yaşayış məntəqələri su altında qalıb. Ümumilikdə, Rio Grande do Sulot əyalətindəki 497 bələdiyyədən 401-i tufan və daşqınlardan zərər çəkib. Səlahiyyətlilər təbii fəlakətin 1,5 milyona yaxın insanın zərər verdiyini təxmin edir.

//Samir Qurbanov, Editor.az