Brazilya prezidenti vanna otağında yıxalaraq ciddi xəsarət alıbbackend

Brazilya prezidenti vanna otağında yıxalaraq ciddi xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya prezidenti Lula da Silva vanna otağında yıxıldığı üçün BRİKS sammiti üçün Rusiyaya gəlməyəcək. Editor.az bildirir ki, bu barədə Braziliyanın “Globo” və UOL mənbələrə istinadən xəbər verir.

Həkimlər 78 yaşlı prezidentin boynundan ciddi zədələndiyini qeydə alıblar.

KİV-in məlumatına görə, oktyabrın 19-da axşam saatlarında Lula da Silva yaşadığı Alvorada sarayında vanna otağında yıxılaraq paytaxtın Cirio Libanes xəstəxanasına yerləşdirilib. Həkimlər onun başının arxasına üç tikiş qoyub və bundan sonra prezident ambulator müalicəyə göndərilib. “Globo” yazır ki, siyasətçinin MRT-də yüngül beyin silkələnməsi əlamətləri aşkarlanıb. Həkimlər Rusiyaya getməyi tövsiyə etmirlər.

//Samir Qurbanov, Editor.az