Dünyaca məşhur aktyor Bred Pitt baş rollardan birini canlandırdığı “Bullet Train” filminin Almaniyadakı qala gecəsində geyindiyi kətan yubka ilə bağlı açıqlama verib və manşetlərə düşüb.
Editor.az xəbər verir ki, Variety saytının müxbirinə dünən axşam Los-Ancelesdə baş tutan filmin premyerasında niyə yubka geyinməyi seçdiyini deyən Pitt, “Bilmirəm! Hamımız bir gün öləcəyik, ona görə də onu silkələyək” deyib.
Qeyd edək ki, baş rollarda Pitt, Bad Bunny, Coey King, Aaron Taylor-Johnson və Brian Tyree Henry-nin rol aldığı film bu cümə günü kinoteatrlarda nümayiş olunacaq.
//Gülnarə Abasova, Editor.az

