“Brent” markalı neftin qiyməti 2014-cü ilin iyulundan bəri ən yüksək  səviyyədədirbackend

“Brent” markalı neftin qiyməti 2014-cü ilin iyulundan bəri ən yüksək  səviyyədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən  104,97 səviyyəsində tamamlayan Brent markalı neftin barel qiyməti bu gün 16,07-ə olan bağlanış tarixinə nisbətən 7,69 faiz artaraq 113,05 dollara yüksəlib. Beləliklə, Brent markalı neftin barel qiyməti 2014-cü ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Eyni dəqiqələrdə Qərbi Texas tipli xam neftin bir bareli 111,47 dollardan alıcı tapıb.

Qiymət artımına Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları və Rusiyanın mümkün əks-sanksiyalarının tədarükü pozacağı ilə bağlı narahatlıqlar səbəb olub.

Editor.az “Sabah.com tr” yə istinadən xəbər verir ki,  ABŞ və Avropa ölkələrinin Rusiyaya qarşı elan etdiyi iqtisadi sanksiyalardan sonra bp, Equinor və Shell bu ölkədəki investisiyalarından geri çəkilib.

Fransanın enerji şirkəti TotalEnergies Rusiyada yeni layihələrə kapital köçürməyəcəyini açıqlayıb. Nəhayət, ABŞ-ın enerji şirkəti ExxonMobil Rusiyadakı Saxalin-1 təbii qaz və neft hasilatı sahəsində fəaliyyətini dayandıracağını və ölkəyə heç bir yeni investisiya qoymayacağını açıqlayıb.

Rusiyanın Ukraynanın şərqindəki Donbasda xüsusi hərbi əməliyyata başladığını açıqladığı fevralın 24-də 98 dollar civarında satılan Brent nefti son bir həftədə 15 faiz artımla 113 dolları keçib.

Beynəlxalq Enerji Agentliyinə üzv olan 31 ölkə Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal neft bazarlarında yarana biləcək tədarük problemlərinə zəmanət vermək üçün dünən fövqəladə ehtiyatlardan 60 milyon barel neft açmağa razılaşıb.

Ağ Evin sözçüsü Cen Psaki ABŞ-ın strateji neft ehtiyatlarının 30 milyon barrelinin bu çərçivədə istifadəyə veriləcəyini açıqlayıb. Psaki BEA-ya üzv ölkələrin bazarları izləməyə davam edəcəklərini bildirib.

//Gülnarə Abasova, Editor.az