BRİCS-dən 6 ölkəyə üzvlük dəvətibackend

BRİCS-dən 6 ölkəyə üzvlük dəvəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən böyük neft ixracatçılarından biri olan Səudiyyə Ərəbistanı İran, BƏƏ, Argentina, Misir və Efiopiya ilə birlikdə BRİCS iqtisadi qrupunun tamhüquqlu üzvü olmağa dəvət olunub.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa açıqlamasında qeyd edib.

“Biz Argentina Respublikası, Misir Ərəb Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərini BRİCS-in tamhüquqlu üzvü olmağa dəvət etmək qərarına gəldik”, – Ramafosa bildirib.

O, cəmiyyətə dəvət edilən ölkələrin tam üzvlüyünün 1 yanvar 2024-cü ildən başlayacağını açıqlayıb.

//Safura Bənnayeva, Editor.az