BRICS sammiti zamanı Kazanda bəzi məhdudiyyətlər tətbiq olunacaq.
Editor.az xəbər verir ki, bu barədə şəhərin meri İlsur Metşin məlumat verib.
“Sammitin üç günü ərzində yalnız bir neçə yerdə, xüsusən də müəyyən tədbirlərin planlaşdırıldığı mərkəzi küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulub”.
Metşin əlavə edib ki, BRİKS sammiti zamanı Kazan sakinləri ictimai nəqliyyatın fəaliyyətində dəyişikliklər barədə məlumatlandırılıblar. Bundan başqa, sammitlə əlaqədar məktəblərdə payız tətili təxirə salınıb və şagirdlər distant təhsilə keçirilib.
//Gülnarə Abasova, Editor.az

