BRİKS ölkələri vəziyyətlə bağlı Ukrayna ilə əməkdaşlığa razılaşıblarbackend

BRİKS ölkələri vəziyyətlə bağlı Ukrayna ilə əməkdaşlığa razılaşıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRİKS üzvü olan ölkələr Ukraynadakı münaqişənin həlli ilə bağlı məsələlərdə əməkdaşlığı davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Editor.az CCTV-yə istinadən bu barədə yazıb.

“Tərəflər həmçinin Ukrayna böhranı və Qəzza zolağındakı münaqişə kimi aktual məsələlər üzrə əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Assosiasiya üzvləri həmçinin Ukrayna ilə bağlı sülh dostu kimi çıxış etməyə razılaşıblar.

Qeyd edək ki, sentyabrın 8-də Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təşəbbüsü ilə BRİKS-in onlayn sammiti keçirilib. Tədbir ABŞ-ın Braziliya məhsullarına tarifləri əhəmiyyətli dərəcədə artırmaq qərarına görə keçirilib.

//Gülnarə Abasova, Editor.az