Brilliant Dadaşova bacısından danışdı: “Deyib ki, məni də evlənmə verilişinə qeydiyyatdan keçir…”backend

Brilliant Dadaşova bacısından danışdı: “Deyib ki, məni də evlənmə verilişinə qeydiyyatdan keçir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rafael icazə vermirdi Sədaqət efirə çıxsın. Onun daxilində bir aktrisa bacarığı var. Rafael də, Sədaqət də qısqanc idi. Belə şeylərə görə onlar 22 il sonra ayrıldılar. Küsüb, barışa-barışa yaşıyırdılar”.

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Elgizlə izlə” proqramında deyib. O, Türkiyədə “Zühal Topalla izdivaç” qatılan bacısından danışıb:

“Sədaqət Türkiyəyə getmişdi. Oğlum orada çalışırdı, Sədaqət xanım da ora həkimə getmişdi. Oğlumun dostuna deyib ki, məni də evlənmə verilişinə qeydiyyatdan keçir, bəlkə orada rejissorlar görər, filmə dəvət edərlər. Oğlan da menecerə zəng edib, müqavilə bağlayıb, Sədaqət xanıma 5 min dollar veriblər. Yazılıb ki, müqavilə pozula, danışa bilməzsən. Sədaqət də çıxdı efirə. Ona dedim ki, Rafaelin də xoşuna gəlməyəcək. Hər şey mənim boynumda qalacaq. Elə mənim boynumda da qaldı. Orada ona demişdilər ki, nəsə edin reytinq olsun”.

 

Aparıcı Elgiz Əkbər isə deyib ki, Sədaqət Dadaşova həmin verilişdə yaşananlara görə utanır, söz-söhbətə görə efirə çıxmır.