Avropa İttifaqı ABŞ və Rusiyanın Ukrayna münaqişəsinin həlli üzrə danışıqlara hazırlığına təcili cavab verməyə çalışır.
Editor.az bu barədə “Financial Times” (FT) a istinadla xəbər verir. Nəşrin mənbəsinin sözlərinə görə, Avropa ölkələrinin etməli olduğu yeganə şey Ukraynaya mümkün qədər çox yardım göstərməkdir ki, o, onun üzərinə qoyulan müddəalara daha qətiyyətlə “yox” desin. Rəsmi onu da vurğulayıb ki, Avropa ABŞ-ın Rusiya ilə öz problemlərinin olduğunu, ikitərəfli münasibətlərdən söhbət gedəndə bunun Avropa ölkələrinə aidiyyatı olmadığını, ancaq bu məsələ ilə bağlı danışıqlar aparılarsa, Ukrayna və Avropanın mövcudluğunun zəruri olduğunu başa düşür.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın bəyanatlarının və Ukrayna ətrafındakı vəziyyətin təsiri ilə fevralın 17-də Parisdə Avropa Birliyinin sammiti keçiriləcək və burada Avropa liderlərinin iştirakı ilə təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında təxminən bir saat yarım davam edən telefon danışığı olub. Görüşdə liderlər Ukraynada hərbi əməliyyatların dayandırılmasının zəruriliyini müzakirə edib və münaqişənin həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər. Tramp daha sonra Səudiyyə Ərəbistanında Putinlə şəxsən görüşməyi planlaşdırdığını açıqlayıb. “Kommersant” qəzetinin məlumatına görə, ABŞ və Rusiya yüksək rütbəli rəsmiləri fevralın 18-də Səudiyyə Ərəbistanında görüşəcəklər. Avropa İttifaqının nümayəndələri görüşə dəvət edilməyib.
//Gülnarə Abasova, Editor.az