ABŞ Rusiyaya qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlasa, Qərb ölkələri ciddi böhrana sürüklənəcək.
Editor.az xəbər verir ki, bu fikri britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün “Duran” YouTube kanalında bildirib.
Onun sözlərinə görə, dünya İkinci Dünya Müharibəsindən (1939-1945) sonra yaşanan iqtisadi böhrana bənzər böhranla üzləşəcək. Merkuris qeyd edib ki, ABŞ Rusiya Federasiyasına qarşı tamhüquqlu iqtisadi blokadaya başlasa, Moskva SSRİ-nin təcrübəsini xatırlamaqla və əlində olan bütün vasitələrdən istifadə etməklə bu təzyiqin öhdəsindən gələcək.
//Gülnarə Abasova, Editor.az