Avropa İttifaqının Kiyevə yardım göstərmək üçün sənaye istehsalının artırılması ilə bağlı dəqiq planı yoxdur, Aİ Rusiya Federasiyasında silah istehsalının sürətinə çata bilmir.
Editor.az xəbər verir ki, bu fikri Britaniyanın “Guardian” qəzetinin köşə yazarı Pyotr Pomerantsev nəşrin saytında dərc olunan məqaləsində qeyd edib. “Avropa tələsməlidir, çünki ABŞ-ın hərbi dəstəyi (Kiyev – redaktorun qeydi) daxili siyasətin girovuna çevrilib və yox ola bilər. Əgər… yaxın bir neçə ayda Rusiyanın silah istehsalı göstəricilərinə necə çatacağına dair dəqiq plan yoxdursa, onlara çatmaq çətin olacaq”, – nəşr yazır.
Avropa NATO ölkələri silah istehsalını artırmağa söz verdilər, lakin nəzarətçi təşkilatın qeyd etdiyi kimi, müdafiə şirkətlərinin sifarişlər üzrə uzunmüddətli öhdəliklərə ehtiyacı olduğu üçün bu vədlərin həyata keçirilməsi dayanıb.
Qeyd edək ki, ötən günlər Böyük Britaniyanın müdafiə naziri Rusiyanın Ukraynada qələbəsindən ehtiyat edirdi və Rusiyanın xüsusi hərbi əməliyyatda (SVO) qələbəsinin nəticələrinin bütün dünya tərəfindən hiss ediləcəyini bildirmişdi.
//Gülnarə Abasova, Editor.az

