Editor.az xəbər verir ki, bununla belə elm adamları indi bir deyil, iki asteroidin olduğuna inanırlar. Heriot Vatt Universitetinin alimləri təxminən 66 milyon il əvvəl eyni vaxtda ikinci dağıdıcı kosmik qayanın Yerə dəyməsinə dair sübutlar tapıblar. Onun diametri təxminən 500 metr idi və Qərbi Afrikadakı Qvineya Respublikasının müasir sahilləri yaxınlığında yer qabığına çırpılıb. Onun mövcudluğuna dair ilk dəlil 2022-ci ildə aşkar edilib və indi tədqiqatçılar şübhələrini təsdiqləyən təqribən doqquz kilometr dərinlikdəki çökəkliyin yeni yüksək ayırdetməli 3D seysmik şəkillərini əldə ediblər.
Dr. Visdin Nikolsonun sözlərinə görə, asteroid şimal-şərqdən 20-40 dərəcə bucaq altında gəlib. Düşmə sürətinin 72.000 km/saat olduğu təxmin edilir. Oktyabrın 1-də amerikalı alimlərin Yer səthinin 400 kilometr dərinliyində qədim dəniz dibi aşkar etdikləri barədə məlumat yayılıb. Ehtimal olunur ki, mantiyanın sıxılması subduksiya nəticəsində baş verir ki, bu da bir tektonik plitənin digərinin altına batması prosesidir.
//Gülnarə Abasova, Editor.az