Britaniya gəmisinə hücum ediblərbackend

Britaniya gəmisinə hücum ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədən körfəzində Britaniya bayrağı altında üzən gəmiyə hücum edilib.

Editor.az bildirir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları (UKMTO) sosial media X hesabında məlumat verilir. Məlumata görə, hadisə Yəmənin liman şəhəri Ədəndən 15 dəniz mili cənub-qərbdə baş verib.

Mərkəz həmçinin gəmilərə ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat verməyi tövsiyə edib. Məlumat hücuma məruz qalan gəminin kapitanından alınıb. Hadisə ilə bağlı başqa məlumat verilməyib.
Xatırladaq ki, aprelin 7-də Britaniya donanması Yəmənin Hudeyda limanından 60 dəniz mili cənub-qərbində Qırmızı dənizdə gəmiyə hücum edildiyini bildirib.

Qırmızı dəniz, Ədən körfəzi və Bab əl-Məndeb boğazı 2023-cü ilin noyabr ayından Yəmən husilərinin hücumlarına məruz qalır. Onlar ABŞ, Böyük Britaniya və İsraillə əlaqəli gəmilərə və gəmilərə hücum edirlər. Belə ki, husilər İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləyirlər.

//Samir Qurbanov, Editor.az