Britaniya hakimiyyəti Rusiyaya qarşı cavab tədbirləri hazırlayırbackend

Britaniya hakimiyyəti Rusiyaya qarşı cavab tədbirləri hazırlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin Londondakı Moskva səfirliyinin əməkdaşı Qaret Samuel Deyvisi ölkədən çıxarmasından sonra Britaniya hakimiyyəti cavab tədbirləri görməyi düşünür.

Editor.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) diplomatın Britaniya kəşfiyyat orqanları ilə əlaqələrinin olduğuna inanır. XİN-in açıqlamasında: “Bu, Kremlin əməkdaşlarımıza qarşı qərəzli və əsassız ittihamlar irəli sürdüyü ilk hal deyil”. XİN hesab edir ki, Rusiyanın qərarı “diplomatik nümayəndəliklərin fəaliyyəti üçün zəruri olan əsas şərtləri pozur”. Nazirlik əlavə edib ki, “Onların Britaniya diplomatlarına hücumları çarəsizlikdən irəli gəlir”.

Qaret Samuel Deyvis Rusiya səfirliyində İnzibati və İqtisadi Departamentdə ikinci katib vəzifəsində çalışıb. FSB-nin məlumatına görə, o, Rusiyaya gizli şəkildə göndərilib. Rusiya Xarici İşlər Nazirliyi diplomatın akkreditasiyasını ləğv edib və o, növbəti iki həftə ərzində ölkəni tərk etməlidir. Moskva vəziyyətin gərginləşəcəyi təqdirdə Londona qarşılıqlı cavab verəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az